“Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək Battalqazinin də Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirib.
Qənirə Paşayeva bələdiyyə başqanı ilə Dağlıq Qarabağ problemi, Xocalı Soyqırımı, qondarma erməni soyqırımı ilə bağlı da fikir mübadiləsi aparıb. Millət vəkili yaxın zamanlarda Battalqazinin mərkəzi parklarından birinə Qarabağ adının veriləcəyinə, Xocalı Soyqırımı abidəsinin qoyulacağına inandığını deyib.
“Qarabağ problemi, Xocalı ağrısı hər zaman bizim də problemimiz və ağrımızdır”-deyən Selahattin Gürkan Qənirə Paşayevanın Battalqazidə Qarabağ adını daşıyan parkın olması təklifini müsbət qiymətləndirdiyini deyərək yaxın zamanlarda bu təklifin reallaşacağını deyib.
Son xəbərlər
Son Xəbərlər