Batumidə də çadırlar quruldu

batumide-de-cadirlar-quruldu
Oxunma sayı: 1324

Batumidə mitinqçilər hökumət evi qarşısında çadır qurublar.

“Qafqazinfo” “İmedi” kanalına isitnadən xəbər verir ki, aksiyaçılar bu dəfə Tbilisidə parlament binası qarşısındakı mitinqdə saxlanılanların azad olunmasını tələb edirlər.

Qeyd edək ki, bir neçə sata əvvəl parlament binası qarşısında polisə müqavimət göstərən 18 aksiyaçı saxlanılıb. Onların arasında “Vahid Milli Hərəkat” partiyasının üzvü Rezo Xarazi, Batumi Ali Şurasının deputatı Equdca Baqrationi, partiyanın daha iki üzvü – David Mjavanadze, David Qeqiadze, “Girçi” partiyasının rəhbərlərindən Zurab Caparidze, ictimai fəallar – Giqa Maxaraşvili və Zuka Berdzeneşvili də var.