Batumidə yüksək vəzifəli məmurlar saxlanıldı

batumide-yuksek-vezifeli-memurlar-saxlanildi
Oxunma sayı: 1489

Acarıstanın paytaxtı Batumi şəhərində 6 yüksək vəzifəli məmur saxlanılıb. “Qafqazinfo”nun xəbərinə görə, bu barədə Acarıstan Baş Prokurorluğunun məlumatında bildirilir.

Saxlanılanlar arasında Acarıstan təhsil, mədəniyyət və idman nazirinin müavini, maliyyə və iqtisadiyyat nazirinin müavini, Batumi Satınalma Xidmətlər İcra Aparatının rəhbəri, Bələdiyyə Əmlakının İdarə Edilməsi Xidmətinin rəhbəri, bələdiyyə nəzdində “Şəhər infrastrukturunun idarə edilməsi və təkmilləşdirilməsi” şöbəsinin müdir müavini, eləcə də bələdiyyə rəhbərinin müavini Tenqo Petridze də var.

Bundan başqa, Batuminin eks-meri Georgi Yermakov da saxlanılıb. 

İstintaq dövlət vəsaitlərinin mənimsənilməsi faktı üzrə həyata keçirilib.