BAU-da Heydər Əliyevin anım mərasimi keçirildi

BAU-da Heydər Əliyevin anım mərasimi keçirildi
Oxunma sayı: 686

Bakı Avrasiya Universitetində ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə fəxri xiyabanı ziyarət  edərək ümummilli lider Heydər Əliyevin məzarı üzərinə gül dəstələri qoyublar. Daha sonra “Ümumimilli lider Heydər Əliyev və milli tariximiz” adllı anım tədbiri universitetin kofrans zalında davam etdirilib.

Tədbirdə çıxış edən universitetin elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova ulu öndərin şərəfli ömür yolundan, vətənimiz qarşısında tarixi xidmətlərindən danışıb. Daha sonra Nərimanov rayon İcra Hakimiyyətinin başçısının müavini İlqar Mirzəyev Heydər Əliyevin  Azərbaycana rəhbərlik etdiyi illərdə onun uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin nüfuzunun  artdığını bildirib, Heydər Əliyevin diaspor quruculuğuna verdiyi misilsiz töhfələrdən danışıb.

Nərimanov YAP-nın sədri Təhmiraz Tağıyev müstəqilliyimizin əbədi və dönməz olmasının təminatçısı olan Heydər Əliyevin xatirəsinin əbədi yaşayacağnı, ulu öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

Tədbirdə, həmçinin Universitetin ümumi işlər üzrə prorektoru,YAP  Nərimanov rayon Siyasi Şurasının üzvü Günhan Hüseynli, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov iştirak ediblər.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi