“Bavariya” baş məşqçisi ilə müqaviləsini yenilədi

bavariya-bas-mesqcisi-ile-muqavilesini-yeniledi
Oxunma sayı: 913

Almaniyanın “Bavariya” klubu baş məşqçi Hansi Fliklə yeni müqavilə imzalayıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

55 yaşlı mütəxəssisin sözləşməsinin müddəti 2023-cü ilin 30 iyun tarixinə qədər uzadılıb. Onun Bundesliqa klubu ilə əvvəlki müqaviləsi cari mövsümün sonuna qədər idi.

Qeyd edək ki, Hansi Flik “Bavariya”nın baş məşqçisi vəzifəsində xorvatiyalı Niko Kovaçı əvəzləyib.