“Bavariya”, “Borussiya” və “Portu” Çempionlar Liqasına qaytarıla bilər

bavariya-borussiya-ve-portu-cempionlar-liqasina-qaytarila-biler
Oxunma sayı: 2026

Aprelin 23-də UEFA İcraiyyə Komitəsinin iclası keçiriləcək.

“Qafqazinfo” “Bild”ə istinadən xəbər verir ki, toplantıda Avropa Super Liqasının qurucu klublarının Çempionlar Liqasından kənarlaşdırılmasının mümkünlüyü müzakirə ediləcək.  Söhbət “Mançester Siti”, Madrid “Real”ı və “Çelsi”dən gedir.

Həmin 3 komanda Çempionlar Liqasından kənarlaşdırılacağı təqdirdə qələbə avtomatik olaraq Avropa Super Liqası layihəsində iştirak etməyən yarımfinalçı PSJ-yə verilə bilər. Digər bir seçim isə 1/4 finalda mübarizədən kənarlaşdırılan “Bavariya”, “Borussiya” (Dortmund) və “Portu” klublarının Çempionlar Liqasına qaytarmaqdır.