“Bavariya” Çempionlar Liqasının finalında

bavariya-cempionlar-liqasinin-finalinda
Oxunma sayı: 2771

Futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsi başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, bununla da digər finalçı müəyyənləşib.

Həlledici oyunda Almaniya “Bavariya”sı ilə Fransanın “Lion” klubları üz-üzə gəlib. Portuqaliyanın paytaxtı Lissabondakı “Estadio Joze Alvalade” stadionunda keçirilən oyun Münhen təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Bavariya” finalda PSJ ilə qarşılaşacaq. Həlledici oyun avqustun 23-də baş tutacaq.

UEFA Çempionlar Liqası
Yarımfinal
19 avqust

“Lion” (Fransa) – “Bavariya” (Almaniya) 0:3
Qollar: Qnabri, 18; 33. Levandovski, 88