Almaniyanın “Bavariya” klubu FIFA-nın təşkil etdiyi klublararası dünya çempionatının qalibi olub.
“Qafqazinfo” xəbər verir ki, Qətərin Al Rayyan şəhərində oynanılan final qarşılaşmasında UEFA Çempionlar Liqasının sonuncu qalibi “Bavariya” Şimali Amerika Futbol Konfederasiyasının (CONCACAF) qalibi “Tigres UANL” (Meksika) komandasını minimal hesabla məğlub edib. Oyunda yeganə qolu 59-cu dəqiqədə “Bavariya”nın fransalı müdafiəçisi Benjamen Pavar vurub.
Bununla da “Bavariya” ikinci dəfə bu turnirin qalibi olub.
Turnirdə üçüncü yer uğrunda oyunda ev sahibi “Al Ahli” klubu Braziliyanın “Palmeyras” komandasını məğlub edib. Əsas vaxtı 0:0 hesabı ilə başa çatan qarşılaşmada “Al Ahli” 11 metrlik cərimə zərbələri seriyasında qalib gəlib – 3:2.
Son xəbərlər
Son Xəbərlər