“Bavariya” ev, “Benfika” səfər möcüzəsi axtarışında

bavariya-ev-benfika-sefer-mocuzesi-axtarisinda
Oxunma sayı: 1294

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq. “Qafqazinfo” xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutacaq.

Almaniyanın “Bayern” klubu doğma meydanda İngiltərə təmsilçisi “Mançester Siti” ilə üz-üzə gələcək. Bu komandalar arasındakı ilk oyunda “şəhərlilər” 3:0 hesablı qələbəyə seviniblər.

Günün digər oyunu İtaliya “İnter”i ilə Portuqaliya “Benfika”sı arasında baş tutacaq. Milanlılar səfərdə 2:0 hesablı qələbə qazandığından yarımfinala yüksəlməyə daha yaxın görünürlər.

UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunları

19 aprel

23:00. Bayern (Almaniya) – Mançester Siti (İngiltərə)

23:00. İnter (İtaliya) – Benfika (Portuqaliya)