“Bavariya” “Lion”a qarşı

bavariya-liona-qarsi
Oxunma sayı: 1491

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq. “Qafqazinfo” xəbər verir ki, bununla da digər finalçının adına aydınlıq gələcək.

Portuqaliyanın paytaxtı Lissabondakı "Eştadiu Joze Alvalade" stadionunda keçiriləcək oyunda “Bavariya” ilə “Lion” üz-üzə gələcək. Görüşü ispaniyalı referi Antonio Migel Mateu Laos idarə edəcək.

UEFA Çempionlar Liqası
Yarımfinal

23:00. “Lion” (Fransa) – “Bavariya” (Almaniya)
Baş hakim: Antonio Migel Mateu Laos
Portuqaliya, Lissabon.  "Eştadiu Joze Alvalade" stadionu
Qeyd edək ki, bu cütün qalibi finalda PSJ ilə qarşılaşacaq. PSJ yarımfinalda Almaniya "Leyptsiq"ini darmadağın edib - 3:0. Həlledici oyun avqustun 23-də olacaq.