“Bavariya” növbəti mərhələdə- - Yenilənib

bavariya-novbeti-merhelede-
Oxunma sayı: 1771


 “Qafqazinfo” xəbər verir ki, ilk oyunda öz meydanında 2-0 hesabı ilə “Bavariya”ya uduzan “Arsenal” hazırda ikinci matçına çıxıb. “Bavariya”nın növbəti mərhələyə çıxmağı daha inandırıcı görünsə də, “Arsenal” sona qədər mübarizə aparacaq.

***

23 dəqiqənin sonunda hələki, tərəflərdən heç biri qol vura bilməyib. Təbii ki, oyunun belə gedişi "Bavariya"ya tam sərf edir. Ancaq "Arsenal"ın vuracağı 1 qol hər şeyi kökündən dəyişəcək və hazırda sönük keçən matçda canlanma yaranacaq.

 ***

İlk 45 dəqiqədən sonra qol vuran tapılmadı və hələlik hesab 0-0-dır

***

İkinci hissə başladı.

***

Bastiyan Şvaynştayqer görüşdə hesabı açdı. Görüş1-0, cütlük arasında iki oyunun ümumi nəticəsi isə 3-0-dır.

***

55-ci dəqiqədə qapısından qol buraxan "Arsenal" 1 dəqiqə sonra  bərabərlik qolunu vurmağı bacardı. Lukaş Podolski köhnə komandasını cəzalandırdı.

***

Matçın bitməsinə saniyələr qalmış Tomas Müller penalti vurmaq şansı qazandı amma istifadə edə bilmədi. Bununla belə ümumi hesabda 3-1 hesablı qələbə əldə edən "Bavariya" adını 1/4 finala yazdırıb. Oyun isə 1-1 hesabı ilə başa çatdı.

İqbal