“Bavariya” PSJ-yə uduzdu, “Çelsi”dən qələbə

“Bavariya” PSJ-yə uduzdu, “Çelsi”dən qələbə
Oxunma sayı: 2293

Bu gün UEFA Çempionlar Liqasında 1/4 finalın daha 2 görüşü baş tutub.

“Qafqazinfo” xəbər verir ki, “Bavariya” PSJ-ni qonaq edib. Paris təmsilçisi bu oyunda səfər qələbəsinə sevinib.

“Portu” isə İspaniyada “Çelsi” ilə üz-üzə gəlib. Qarşılaşma ingilislərin qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunları aprelin 14-ü keçiriləcək.

Çempionlar Liqası, 1/4 final

İlk oyunlar

23:00. "Bavariya" (Almaniya) - PSJ (Fransa) - 2:3
Qollar: Mbappe, 3 (0:1), Markinyos, 28 (0:2), Şupo-Motinq, 37 (1:2), Müller, 60 (2:2), Mbappe, 68 (2:3)

23:00. "Portu" (Portuqaliya) - "Çelsi" (İngiltərə) - 0:2 
Qollar: Mount, 32, Çilvell, 85