Münhendə keçirilən qarşılaşma meydan saşiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahibləri hesabı 17-ci dəqiqədə Frank Riberinin dəqiq zərbəsi sayəsində açıblar. Birinci hissə meydan sahiblərinin üstünlüyü ilə başa çatıb. 57-ci dəqiqədə isə “Real”ın hücumçusu Məsud Özil hesabı bərabərləşdirib. Hər kəsin qarşılaşmanın heç-heçə ilə bitəcəyini düşündüyü bir vaxtda Mario Qomes komandasını hesabda irəli çıxarıb. O, oyunun 90-cı dəqiqəsində “Bavariya”nın qələbə qolunu vurub - 2:1.
Yarımfinalın cavab oyunu aprelin 25-də Madriddə keçiriləcək.
Bu gün isə Çempionlar Liqası yarımfinalında ikinci oyun baş tutacaq. Londonda “Çelsi” və “Barselona” qarşılaşacaqlar. “Stemford Bric”dəki oyun Bakı vaxtı ilə saat 23.45-də başlayacaq.
anspress