Almaniya Bundesliqasında çempion 29-cu turda müəyyənləşib.
“Qafqazinfo” xəbər verir ki, lider “Bavariya” səfərdə “Auqsburq”u 4:1 hesabı ilə məğlub etməklə ən yaxın izləyicisi “Şalke” ilə xal fərqini 20-yə yüksəldib.
Bununla da sona 5 tur qalmış çempionluq rəsmiləşdirib.
Qeyd edək ki, bu, “Bavariya”nın ardıcıl 6-cı, ümumilikdə isə 28-ci ölkə çempionluğudur.



Son xəbərlər
Son Xəbərlər