“Bavariya” üç futbolçusu ilə vidalaşdı

bavariya-uc-futbolcusu-ile-vidalasdi
Oxunma sayı: 2219

Almaniya çempionu “Bavariya” üç futbolçusu ilə vidalaşıb.

“Qafqazinfo” xəbər verir ki, Münhen təmsilçisi David Alaba, Jerom Boatenq və Xavi Martineslə yolların ayrıldığını açıqlayıb.

Bu barədə klubun sosial şəbəkə hesablarında məlumat paylaşılıb. Sözügedən futbolçularla müddəti başa çatan müqavilələr yenilənməyib.