Almaniyanın “Bavariya” klubunun çilili yarımmüdafiəçisi Arturo Vidal sezonu başa vurub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna futbolçunun dizindən aldığı zədə səbəb olub. O, mövsümün qalan hissəsini buraxmalı olacaq.
Vidalın aprelin 25-i və mayın 1-də Çempionlar Liqasında "Real"a qarşı keçiriləcək hər iki yarımfinal matçında oynamayacağı bildirilib.
Klubdan verilən məlumata əsasən, A. Vidal çərşənbə axşamı əməliyyatdan uğurla keçib.
Son xəbərlər
Son Xəbərlər