“Qafqazinfo” xəbər verir ki, klubun gənc üzvü Tiyaqo Alkantara zədələnib.Futbolçunun zədəsinin ciddi olduğu və ən azından 6 həftə futbol oynaya bilməyəcəyi müəyyənləşib. “Bundesliqa”nın son turu çərçivəsində “Hofenhaym”la keçirilən oyun zamanı (3-3) Alkantara dizindən zədə alıb və meydanı tərk edib. İspan futbolçu “Çempionlar Liqa”sı ¼ final mərhələsi çərçivəsində “Mançester Yunayted”ə qarşı keçiriləcək ilk matçda komandasına yardım edə bilməyəcək.
İqbal
Son xəbərlər
Son Xəbərlər