“Bavariya”nın hücumçusu Sandro Vaqner Çinin “Tyançsin Teda” klubuna transfer olub.
“Qafqazinfo” klubun saytına istinadən xəbər verir ki, Almaniya millisinin üzvü Super Liqa təmsilçisi ilə 2 illik müqavilə bağlayıb. Çin klubu 31 yaşlı hücumçunun keçidi üçün Münhen təmsilçisinə 5 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, Vaqner ötən il Almaniya yığmasındakı karyerasını başa vurub. O, 2018-ci ilin yanvarında "Hoffenhaym"dan "Bavariya"ya keçmişdi.
Son xəbərlər
Son Xəbərlər