“Bavariya”dan darmadağın - Video

bavariyadan-darmadagin
Oxunma sayı: 1394

Almaniya Bundesliqasında 24-cü tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, “Bavariya” səfərdə Münhenqladbax “Borussiya”sını 5:1 hesabı ilə məğlub edib.

“Bavariya” qələbədən sonra lider “Borusiyya Dortmund”la xallarını bərabərləşdirib.

Qeyd edək ki, “Bavariya” son 4 matçını qələbə ilə başa vurub. Dortmund “ Borussiya”sı isə son 5 matçında sadəcə bir qələbə qazanıb.

“Borussiya Münhenqladbax” - “Bavariya” - 1:5

Qollar: Xavi Martines, 2 (0:1), Tomas Müller, 11 (0:2), Lars Ştindl, 37 (1:2), Robert Levandovski, 47 (1:3), Serj Qnabri, 75 (1:4), Robert Levandovski, 90-pen. (1:5)