Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçirilib. “Qafqazinfo” xəbər verir ki, Madrid təmsilçisi “Atletiko” İngiltərənin “Çelsi” klubunu qəbul edib.
Qarşılaşma pandemiya səbəbindən Rumıniyanın paytaxtı Buxarestdə baş tutub. London təmsilçisi səfərdən 1:0 hesablı qələbə ilə ayrılıb.
Digər oyun isə “Latsio” öz meydanında turnirin son qalibi Almaniyanın “Bavariya” klubunu qəbul edib. Qarşılaşma qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
00:00. "Atletiko" (İspaniya) - "Çelsi" (İngiltərə) - 0:1
Qol: O.Jiru, 71
Buxarest, “Nasional” stadionu. Baş hakim: Feliks Brix (Almaniya)
00:00. "Latsio" (İtaliya) - "Bavariya" (Almaniya) 1:4
Qollar: Korrea, 9- Levandovski, 9, Musiala, 24, Sane, 42, Akarebi, 47 (ö.q)
Roma, “Olimpiko” arena. Baş hakim: Orel Qrinfeld (İsrail)