Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları start götürüb. “Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.
“İnter” “Enfild”də “Liverpul”u 1:0 hesabı ilə məğlub etsə də, mərhələ adlaya bilməyib.
Gecənin digər matçında Almaniyanın ən titullu klubu “Bayern” “Zalsburq” üzərində 7:1 hesablı qələbə qazanıb və 1/4 finala adın yazdırıb.
UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları
8 mart
“Liverpul” (İngiltərə) – “İnter” (İtaliya) 0:1
Qol: L.Martines, 62.
Baş hakim: Antonio Mateo Laos (İspaniya)
İlk oyun – 2:0
“Bayern” (Almaniya) – “Zalsburq” (Avstriya) 7:1
Qol: Levandovski, 11-pen; 21-pen; 23. Qnabri, 31. Müller, 54; 83. Sane, 86 – Kyaerqaard, 70.
Baş hakim: Kleman Turpen (Fransa)
İlk oyun – 1:1
Son xəbərlər
Son Xəbərlər