Almaniya Bundesliqasında 25-ci turun oyunları davam edir.
“Qafqazinfo” xəbər verir ki, çempionluq mübarizəsi aparan “Bavariya” və “Borussiya Dortmund” turu qələbə ilə baş vurublar.
Münhen təmsilçisi öz meydanında “Volfsburq”u 6:0 hesabı ilə darmadağın edib. Dortmund “Borussiya”sı isə “Ştutqart” üzərində 3:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, hazırda hər iki klubun 57 xalı olsa da, “Bavariya” topların daha yaxı yaxşı fərqinə görə liderdir.
“Bavariya” - “Volfsburq” - 6:0
Qollar: Qnabri, 34, Levandavki, 37, 85, Rodriges, 52, Müller, 76, Kimmix, 82
“Borussiya Dortmund” - “Ştutqart” - 3:1
Qollar: Roys, 62 (pen.), Alkaser, 84, Pulişiç, 90 - Kampf, 71
Son xəbərlər
Son Xəbərlər