“Bavariya”nın futbolçusuna 6 aylıq həbs cəzası verildi

“Bavariya”nın futbolçusuna 6 aylıq həbs cəzası verildi
Oxunma sayı: 1200

İspaniya məhkəməsi “Bavariya”nın futbolçusu Lukas Hernadesə 6 aylıq həbs cəzası verib.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb fransalı oyunçunun 2010-cu ildə Madrid küçələrində sevgilisi Ameliya Lorente ilə dava etməsidir. 

Məhkəmə ictimai narahatçılıq yaratma maddəsi ilə 2017-ci ildə onlara 31 günlük ictimai iş və 6 ay ayrı yaşamaq cəzası verib. 

Buna baxmayaraq cütlük yaxın günlərdə Mayamidə birlikdə istirahətə yollanıb. Nəticədə məhkəmə onun haqqında 6 aylıq həbs cəzası seçib.