“Bavariya”nın rekord gecəsi

bavariyanin-rekord-gecesi-
Oxunma sayı: 644

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Münhen təmsilçisi turnirin pley-off mərhələsində ən böyükhesablı qələbəyə imza atıb. Bu vaxta qədər rekord “Bavariya” – “Sportinq” (7:1) və “Barselona” – “Bayer L” (7:1) oyunlarında qeydə alınmışdı.
Bundan başqa “Bavariya” ÇL-də 7 və daha çox toplu darmadağınların siyahısında iki dəfə yer alan ilk komanda olub.

Mario Qomez isə qitənin ən nüfuzlu klub turnirində ən sürətli pokerə imza atıb. Almaniyalı forvard 44, 50, 61 və 67-ci dəqiqələrdə fərqlənməklə bunu 23 dəqiqəyə bacarıb.

Ceyhun Əhmədov