“Bavariya”nın son ümidlərini Robben basdırdı

bavariyanin-son-umidlerini-robben-basdirdi
Oxunma sayı: 626

“Qafqazinfo”nun verdiyi xəbərə görə, mövsümün ən vacib oyunlarından biri dünən baş tutub.
Çempionluğa namizəd olan iki komanda – “Borussiya Dortmund” və “Bavariya” üz-üzə gəlib. 77-ci dəqiqədə Levandovski hesabı açıb. Bundan sonra münhenlilərin məğlubiyyətdən xilas olmaq üçün imkanı olsa da, Yürgen Kloppun yetirmələri qapısını toxunulmaz saxlaya bilib. “Bavariya”nın hollandiyalı yarımmüdafiəçisi Aryen Robben isə antiqəhrəmana çevrilib. 86-cı dəqiqədə penaltidən yararlana bilməyən 27 yaşlı futbolçu 3 dəqiqə sonra boş qapını dəqiq nişan ala bilməyib.
Beləliklə, sona 4 tur qalmış “Borussiya” ən yaxın izləyicisi “Bavariya”nı 6 xal qabaqlayır.

11 aprel
"Hoffenhaym" - "Hamburq" - 4:0
Qollar: Vesterqaard, 17 (1:0), Salihoviç, 25-pen (2:0), Conson, 51 (3:0), Şipplok, 59 (4:0)
"Borussiya" (Dortmund) - "Bavariya" - 1:0
Qol: Levandovski, 77 (1:0)
"Bayer" (Leverkuzen) - "Kayzerslautern" - 3:1
Qollar: Kisslinq, 1 (1:0), Derstroff, 42 (1:1), Rolfes, 57 (2:1), Raynartz, 69 (3:1)
"Hannover" - "Volfsburq" - 2:0
Qollar: Diuf, 44 (1:0), Konan Ya, 77 (2:0)
"Nürnberq" - "Şalke" - 4:1
Qollar: Baliç, 25 (1:0), Simons, 37-pen (2:0), Didavi, 45 (3:0), 88 (4:1), Holtbi, 85 (3:1)

Ceyhun Əhmədov