Beynəlxalq Olimpiya Komitəsi (BOK) Tomas Baxı yenidən təşkilatın prezidenti seçib.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, BOK-un virtual formatda keçirilən 137-ci sessiyasında 67 yaşlı Bax 94 səsdən 93-nü qazanıb. Onun əleyhinə cəmi bir BOK üzvü səs verib.
O, ilk dəfə bu vəzifəyə 2013-cü ildə səkkiz il müddətinə seçilib.
Baxın səlahiyyət müddəti avqustun 8-də, Tokio Olimpiya Oyunlarının sonuncu günündə başa çatır.
Onun ikinci səlahiyyət müddəti Oyunlardan dərhal sonra başlayacaq və 2025-ci ildə başa çatacaq.
Son xəbərlər
Son Xəbərlər