“Qafqazinfo”nun ANS PRESS-ə istinadın verdiyi məlumata görə, Baxçalı Ərdoğan hakimiyyətini sərt tənqid edərək bildirib ki, ordudan sonra polis sistemini də ləkələməyə cəhd etmək Türkiyə üçün yaxşı perspektiv vəd etmir:
“Ərdoğan 17 dekabrda başlanan rüşvət əməliyyatını İsraili tənqid etməklə əlaqələndirməyə çalışdı. Onun xarici siyasətdə inandırıcılığı və möhtərəmliyi bitdiyindən yalnız duyğularla oynamaqla zaman qazanmaqdadır. Yaşanan insanlıq faciələrinin hamısında Ərdoğanın da barmaq izi var. Bu gün tolerantlıq qalmayıb”.
Daha sonra Fətullah Gülənə səslənən MHP başqanı onu Türkiyəyə gəlməyə çağırıb: “Hörmətli Gülən bəy, Türkiyəyə gəlin. 12 illik AKP iqtidarının 10 ilində baş verənləri açıqlayın. Görün, onda Ərdoğan hara qaçacaq. Hakimiyyətə gəlsək, Ərdoğanın yeddi sülaləsindən hesab soruşacağam”.
Son xəbərlər
Son Xəbərlər