Baxçalının partiyası bu qadına qəzəblidir - - Fotosessiya

baxcalinin-partiyasi-bu-qadina-qezeblidir-
Oxunma sayı: 3705


Publika.Az türk mediasına istinadən xəbər verir ki, Dəmirəl tənqidlərini iclasda iştirak edən  Ailə və İctimai Siyasətlər naziri Ayşenur İslama yönəldərək "Bu cür adlarla, bu cür qadınların bədəni üzərindən Türkiyəni tanıtmaq sizə nə qədər ağlabatan  gəlir? Bir qadın olaraq Türkiyə təqdimatında bir Hollivud  ulduzuna ovuc dolusu pullar verilib, Türkiyəni sanki 19-uncu əsrdə tanıdırmışıq kimi belə bir fiqur üzərindən tanıtmağa necə baxırsınız?" deyə soruşub.

Onun "Ailə naziri kimi uşaq gəlinlər mövzusundakı məsumanə düşüncənizi artıq dünya bilir, tarixə keçdiniz bu fikirinizlə" sözləri də mübahisə yaradıb . 

Nazir Ayşenur İslamın cavabı belə olub: "Uşaq gəlinlərin məsum olduğunu söylədiyim iddiası var. Bu, tamamilə yalandır. Söylədiyim budur:  erkən evliliklər Türkiyə  qanunlarına görə cinayətdir. Uşaqlarını erkən ərə verən anaların bir çoxu özləri də erkən ailə qurduqları üçün etdikləri şeyin cinayət olduğunun fərqində deyillər, bunu məsum bir ənənə zənn edirlər."

Xatırladaq ki, Dövlət  Baxçalının rəhbərlik etdiyi MHP millətçi mühafizkar siya partiya olub, parlamentdə üçüncü böyük fraksiyaya malikdir.