BAXCP də proporsional sistem tələb edir

baxcp-de-proporsional-sistem-teleb-edir
Oxunma sayı: 1341


Bununla bağlı mətbuata acıqlama verən BAXCP sədrinin ictimai və siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı bildirib ki, hələ bir neçə il bundan qabaq BAXCP ilk dəfə olaraq Milli Məclisə konstitutsiya dəyişikliklərinin edilməsi və ölkədə proporsional seçki sisteminə keçidlə bağlı milli məclisə qanun layihəsi təklif edib: "BAXCP birmənalı olaraq Milli Məclis seçkilərində proporsional seçki sisteminin tətbiq edilməsinin tərəfdarıdır. BAXCP-nin bununla bağlı hazırladığı qanun layihəsini Milli Məclisə təqdim etmişdir. Sonradan parlamentdə təmsil olunan BQP, VHP, Ədalət və BAXCP-nin adından hazrlanmış qanun layihəsi təqdim edildi. Bu partiyaların birgə hazırladığı qanunda layihəsində göstərilib ki, proprosianal seçki sisteminə keçmək lazımdır. Bundan sonra seçkidə qalib gəlmiş partiya höküməti formalaşdırmalıdır. Bunun üçün referendum keçirilməlidir. Məncə, bu reallaşarsa cəmiyyətdə partiyaların önəmi yüksələ bilər. Siyasi partiyalar cəmiyyətin demokratikləşmsində mühüm yer tutmalıdır. Siyasi partiyaların önəmini daha da gücləndirər. BAXCP referendum keçirilməsinin və bu qanun qəbul edilməsinin tərəfdarıdır. İnanmıram ki, bu qanun qəbul edilməsinin əleyhinə hansısa partiya olsun. Hal-hazrda Avropanın ən aparıcı ölkələrində , hətta Asiya ölkələrində də proporsianal seçki sistemi mövcuddur".

BAXCP müavini Qafqazda yalnız Azərbaycanda  proporsional seçki sisteminin olmadığını qeyd edib :"Qafqazda Gürcüstanda , hətta düşmənimiz Ermənistanda , qonşu ölkələrdə Rusiyada , Kazaxstanda bu gün hər iki sistem mövcuddur. Azərbaycanda bunu yenidən bərpa etmək təqdirəlayiq hal kimi qəbul edilər".