AXCP gənclər kampaniyasına başladı - Video

axcp-gencler-kampaniyasina-basladi-video
Oxunma sayı: 646

“Qafqazinfo” ya açıqlamasında AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı bildirib ki, bu kampaniyanın məqsədi evsiz gənclərin sərfəli ipoteka ilə ev sahibi olmasına yardım etməkdir: “Bu bir sosial kampaniyadır. Bildiyimiz kimi, ölkəmizdə ipoteka siyasəti həyata keçirilir. Bu ipoteka siyasəti gəncləri evlə təmin edəcək qədər əlverişli deyil”.

Onun sözlərinə görə, İpoteka fondundan bu iş üçün ötən il 20 milyon manat vəsait ayrılıb: “400 ailə evlə təmin olunub. Ancaq hazırda ölkəmizdə 400 mindən çox evsiz gənc ailə var. Ölkəmizdə ipoteka şərtləri ağırdır, ayrılan pulun illik faiz dərəcələri çoxdur. Eyni zamanda bu məqsədlə də 18-ə yaxın sənəd tələb olunur”.

Əbülfəz Qurbanlı bildirib ki, artıq AXCP Gəclər Komitəsi “Hər gəncin evi olsun” devizi altında kampaniyaya start verib: “Bu məqsədlə “Azadlıq” qəzetində evsiz gənc ailələrlə bağlı araşdırma da apardıq. İqtisadçı ekspertlər İlham Hüseynli, Məhəmməd Talıblı və başqaları ilə effektiv ipoteka şərtləri ilə bağlı məsləhətləşmələr apardıq. Qarşıda hələ başqa tədbirlər də həyata keçiriləcək. AXCP Gənclər Komitəsi gəncləri əlverişli kampaniyaya qatılmağa dəvət edir”.



Günel