BAXCP Müsavatı müdafiə etdi

baxcp-musavati-mudafie-etdi
Oxunma sayı: 1046


BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı mətbuata açıqlamasında bidlirib ki, Müsavat partıyasının Milli Şuradan getməsi gözlənilən idi: "Məncə, Milli Şuranın dağılmasını Əli Kərimli təşkil etdi. Rüstəm İbrahimbəyovu Müsavatdan gizli şəkildə şuraya "Fəxr Sədr" gətirilməsini də Əli Kərimli təşkil etmişdi. Bununla o özünü cəmiyyətdə "aparıcı qüvvə kimi" göstərnmək istəyirdi. Təbii ki. bunun da qarşılığın Müsavat tərəfindən almalı idi. Əli Kərimlinin ətarfı bütün fəaliyyətlərini müsavatcılara qarşı yönəltmişdi. Sosial şəbəklərdə belə açıq şəkildə müsavatcılar təhqir olunurdu. Dünən isə Əli Kərimlinin tərəfdarları Rauf Arifoğlunun üstünə benzin tökülüb yandırılması çağrışını etmişdilər. Yaxşı ki, Əli Kərimli hakmiyyətdə deyil. O dünyann bir nömrəli diktatoru olardı".

BAXCP sədrinin müavini Müsavatçılarla "yurdcu"ların savaşınını Əbülfəz Elçibəyin prezident olduğu 1993-cü ildən başladığını bildirib: "Bu savaşın tarixi 21 ildir. Əli Kərimli dövlət katibi olandan indiyə kimi. Məncə bu savaş heç zaman bitməyəcək. Çünki Əli Kərimli İsa Qəmbərə patoloji nifrət edir. Bundan sonra yenə də radikal müxalifət iki hissəyə parçalandı. Bu ayrılmadan sonra radikal müxalifət daha da zəyifləyəcək. Və bunların bir-birinə qarşı amansız mübarizəsi daha da şiddətli olacaq".