BAXCP: “Türkiyə səfirliyinin açıqlamasını ciddi qəbul etmirik”

baxcp-turkiye-sefirliyinin-aciqlamasini-ciddi-qebul-etmirik-
Oxunma sayı: 642

Mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan açıqlamada deyilir: “Türkiyə səfirliyinin açıqlamasını ciddi qəbul etmirik. Bu yanlış yanaşmadır. Belə bir açıqlamanın verilməsinin səbəbi birbaşa həm Azərbaycan ictimaiyyətinə, həm də Türkiyə ictimaiyyətinə yanlış məlumat verməkdir. Səfir bildirib ki, Türkiyənin Ermənistanla diplomatik münasibətləri və rəsmi ticari əlaqələri yoxdur, qeyri-rəsmi ticarət əlaqələri isə üçüncü ölkələr, məsələn, Gürcüstan vasitəsilə həyata keçirilir. Bunun nə fərqi var ki? Hər il on səkkiz min “TİR” maşınları ilə Türkiyədən Ermənistana yük daşınır. Bu maşınlar Türkiyədə möhürlənir və maşınların yol qaimələrində son ünvan Ermənistan göstərilir. Gürcüstan dövləti bu maşınların möhürlərini aca bilməz. Maşınlar birbaşa Ermənistanda açılır. Bu mallar Gürcüstan dövlətinə satılmır. Bu fakt onu göstərir ki Türkiyə ilə Ermənistan iş adamları arasında ciddi ticari əlaqələr var. Bu ticari əlaqə deyil, bəs nədir? Ermənistanda satılan malların böyük əksəriyyəti Türkiyə istehsalıdır. Digər bir məsələ Türkiyənin Ermənistanla hava məkanı acıqdır və bu vasitə ilə təyyarə reysləri həyata keçirdirlər. Türkiyə ilə Ermənistanın diplomatik əlaqələrinin olmamasının və sərhədlərinin bağlı olmasının yeganə məhrumiyyəti yolun uzadılmasından başqa bir şey deyil. Türkiyənin baş naziri sayın Ərdoğan AŞPA-nin tribunasından bəyan etdi ki, on minlərlə Ermənistan vətəndaşı Türkiyədə qanunsuz yaşayır, işləyir və Ermənistanda yaşayan ailələrinə hər ay pul göndərir. Bu vəziyyət Ermənistanda sosial gərginliyi aradan qaldırır və işğalı stimullaşdırır. Eyni işləri İran İslam Respublikası da həyata keçirdir. Onlar da Ermənistanla ciddi iqtisadi əlaqələr qurublar. Hər iki ölkədə dindarlar hakimiyyətdədir. Baxmayaraq Quranda yazılıb ki, müsəlman müsəlmanın qardaşıdır. Hər iki ölkə Ermənistanla çox ciddi ticari əlaqələr yaradıblar. Biz də bunu qeyd etmişik və edəcəyik də.”