Gürcüstanın baş naziri Mamuka Baxtadze Yerevana səfər edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstanın “Birinci kanal”ına müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan deyib:
“Mən Mamuka Baxtadze ilə telefonda danışdım, onu yeni vəzifəsi münasibətilə təbrik etdim. Hələlik bəzi detalların dəqiqləşməsini gözləyirik. Bundan sonra Baxtadze Ermənistana rəsmi səfər edəcək”.
Səfərin oktyabrın əvvəllərinə planlaşdırıldığı ehtimal edilir.
Son xəbərlər
Son Xəbərlər