Ayaz Mütəllibova ağır itki

ayaz-mutellibova-agir-itki-
Oxunma sayı: 675

Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun oğlu dünyasını dəyişib. Bu barədə “Qafqazinfo”ya Araz Əlizadə məlumat verib. Onun sözlərinə görə, Azad Mütəllibov bu gün dünyasını dəyişib. Mərhum xərçəng xəstəliyindən əziyyət çəkib. 49 yaşlı mərhumla vida mərasimi sabah 14.30 radələrində Təzə Pir məscidində baş tutacaq.

O, Yasamal qəbiristanlığında babasının yanında dənf olunacaq.

Allah rəhmət eləsin.

Hazırda Rusiyada yaşayan sabiq prezidentin oğlunun dəfn mərasimində iştirak üçün müraciət edib-etmədiyi ilə bağlı suala A. Əlizadə “Bilmirik hələ, baxarıq”-cavabını verib.

“Qafqazinfo” isə etibarlı mənbədən əldə etdiyi məlumatlara əsasən sabiq prezidentin oğlunun yas mərasimində iştirakının təmin olunması ilə bağlı hökumətlə danışıqlar aparılır. Ölkə rəhbərliyinin məsələyə müsbət reaksiya vercəyi və A. Mütəllibovun ölkəyə gəlməsinə şərait yaradılacağı gözlənilir.

Fatimə