Ayaz Mütəllibovun da bankda pulları qalıb

ayaz-mutellibovun-da-bankda-pullari-qalib
Oxunma sayı: 657

Bunun üstündən 20 ildən çox vaxt keçib, amma bunun miqdarı yadımda deyil. Bunu təsdiqləyən bank sənədlərini hara qoyduğumu da unutmuşam. Əgər Azərbaycana qayıtmağıma icazə verilərsə, həmin sənədləri tapsam, mən də ölkə prezidentinin məlum fərmanından yararlanaraq, əmanətimi alacağam”.

Bunu müstəqil Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov SalamNews-a eksklüziv müsahibəsində deyib.

Sabiq prezident bildirib ki, əmanətlərin əhaliyə qaytarılması barədə Azərbaycan prezidentinin qərar verməsi çox yaxşı addımdır: “Mən Azərbaycanın dövlət başçısının bu addımını alqışlayıram. Çünki, bu, həm də insanları çox sevindirir”.

Qubada baş verən son hadisələrə də toxunan A.Mütəllibov bildirib: “Qubada baş verən etiraz aksiyasının Rusiya ilə heç bir əlaqəsi yoxdur. Bu aksiya rayon icra hakimiyyətinin sabiq başçısı Rauf Həbibovun günahı ucbatından olub. Çünki R.Həbibov qubalılar barəsində ağızına gələni danışıb. Nəticədə rəhbərlik tərəfindən layiqli cəzasını alıb”.

Sabiq prezident Azərbaycana qayıtması ilə bağlı bəzi mətbu orqanlarda yayılmış məlumatların yalan olduğunu söyləyib: “Mən hazırda Rusiyadayam və səhhətimdə bir az problemlər var. Kimlərsə mənim Bakıya gəlməyim barədə yalan məlumatlar yaymasınlar. Milli Məclisdə "Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Konstitusiya qanununun qəbulundan sonra vətənə qayıdacağam".

SalamNews