Ayaz Müttəlibov polis nəzarətində

ayaz-muttelibov-polis-nezaretinde
Oxunma sayı: 675


Onun sözlərinə görə, o, Ayaz Müətllibovu şəxsən görüb və şəklini çəkib. Mütəllibov tərəfdarlarının müşayiəti ilə Mərdəkana yola düşüb.

Deyilənə görə, A. Mütəllibovun ölkəyə qayıtması və oğlunun dəfn mərasimində iştirakı üçün ölkə prezidenti İlham Əliyevdən xahiş olunub. Dövlət başçısı onun qayıtmasına müsbət reaksiya verib və elə bu gün qayıda biləcəyi ilə bağlı mövqeyini açıqlayıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, eks-prezidentin həbsi edilib-edilməyəcəyi barədə məsələyə dair qəti fikir deyə bilməz.

Jurnalist İmdad Əlizadənin verdiyi xəbərə görə, o, Ayaz Mütəllibovla telefonla danışıb və eks-prezident ona hazırda evində olduğunu, yas mərasiminin harada keçiriləcəyini dəqiq bilmədiyini bildirib.

Mütəllibovun Bakıya həyat yoldaşının müşayiəti ilə gəldiyi, bu axşam Mərdəkandakı evində olacağı və hüzrə gələnləri orada qarşılayacağı bildirilir.

Qafqazinfonun məlumatına görə isə Mütəllibov polis nəzarətindədir və hazırda da onun qaldığı evin ətrafında polislər keşik çəkirlər.

Qeyd edək ki, bu gün Mütəllibovun böyük oğlu Azad xərçəng xəstəliyindən 49 yaşında vəfat edib.