Bayden Avropa liderləri ilə Ukraynanı müzakirə edəcək

bayden-avropa-liderleri-ile-ukraynani-muzakire-edecek
Oxunma sayı: 838

ABŞ Prezidenti Co Bayden bazar ertəsi Avropa liderləri ilə videobağlantı vasitəsilə Ukrayna ətrafındakı vəziyyəti müzakirə edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. 
“Günortadan sonra Prezident Rusiyanın Ukrayna sərhədləri yaxınlığında hərbi güclənməsinə cavab olaraq transatlantik müttəfiqlər və tərəfdaşlarla sıx məsləhətləşmələrimiz və koordinasiyamız çərçivəsində Avropa liderləri ilə video danışıq aparacaq”, - ABŞ liderinin yenilənmiş cədvəlində deyilir.

Ağ Evdən bildiriblər ki, Bayden diplomatiya, çəkindirmə və müdafiə məsələləri üzrə səyləri müzakirə edəcək.
Video-danışıqda Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, Avropa Şurasının rəhbəri Şarl Mişel, NATO-nun baş katibi Yens Stoltenberq, Böyük Britaniya, İtaliya, Polşa, Fransa və Almaniya liderlərinin iştirakı gözlənilir.