Bayden G7 Liderlər Zirvə toplantısında iştirak etmək üçün 25 iyunda Almaniyanın cənubundakı Schloss Elmau şəhərinə gedəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karin Jan-Pyer məlumat verib.
Zirvədə G7-nin Ukraynaya verdiyi dəstək, iqtisadi və demokratik dayanıqlıq, iqlim dəyişikliyi, inkişaf və qlobal sağlamlıq təhlükəsizliyinin müzakirə ediləcəyini bildirən Jan-Pyer, Rusiya-Ukrayna səbəbiylə ortaya çıxan qida və enerji böhranının da müzakirə ediləcəyini vurğulayıb. Onun sözlərinə görə, müharibə sammitin mühüm mövzuları arasında olacaq.
Bayden iyunun 28-də NATO Sammitində iştirak etmək üçün İspaniyanın paytaxtı Madridə də gedəcək.
Son xəbərlər
Son Xəbərlər