Bayden bu videosu ilə gündəm oldu

bayden-bu-videosu-ile-gundem-oldu
Oxunma sayı: 3736

ABŞ Prezidenti Co Bayden yenidən ictimaiyyət qarşısında xoşagəlməz vəziyyətə düşüb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, hadisə Baydenin Şimali Karolina ştatında Kənd Təsərrüfatı Akademiyasında çıxışı zamanı baş verib. Çıxışını başa vuran Bayden sağa dönüb və görüşmək üçün əlini uzadıb. Lakin onun yanında heç kəs olmayıb. Bunun ardınca Bayden bir neçə dəqiqə ərzində hansı istiqamətə doğru gedəcəyini unudub.

Qeyd edək ki, 79 yaşlı Bayden ilk dəfə deyil ki, bu cür hadisə ilə üzləşir. Belə ki, 2020-ci ilin oktyabrında Ağ Evdə brifinq zamanı o, yana dönərək görüşmək üçün əlini uzadıb. Lakin bu dəfə də onun yanında heç kəs olmayıb.