Bayden Çinə xəbərdarlıq etdi

bayden-cine-xeberdarliq-etdi
Oxunma sayı: 4364

ABŞ Prezidenti Co Bayden çinli həmkarı Si Cinpinə Ukrayna müharibəsində Rusiyaya dəstək verməyin nəticələri olacağı ilə bağlı xəbərdarlıq edib.

“Qafqazinfo” xəbər verir ki, Ağ Ev Bayden və Cinpinin iki saatlıq danışıqlarından sonra yazılı açıqlama yayıb.

Bildirilib ki, Bayden ABŞ və müttəfiqlərinin Rusiyanın Ukraynaya hücumu məsələsində mövqeyi və bu ölkəyə sanksiyalar barədə Cinpinə məlumat verib.

“Bayden Rusiyanın Ukraynada şəhərlərə və mülki əhaliyə qarşı qəddar hücumlara davam edərkən Çinin Rusiyaya avadanlıq dəstəyi verməsi halında bunun nəticələri barədə açıqlamalar verib”, - məlumatda deyilir.

Baydenin Rusiya-Ukrayna müharibəsi məsələsində diplomatik həllə diqqət çəkdiyinin bildirildiyi açıqlamada iki liderin ABŞ və Çin arasındakı rəqabətin idarə olunması baxımından əlaqə kanallarının açıq saxlanılmasının vacibliyi vurğulanıb.