Bayden “çip” qanununu imzaladı

bayden-cip-qanununu-imzaladi
Oxunma sayı: 3470

ABŞ Prezidenti Co Bayden Çinə yönələn çip istehsalının ABŞ-a qaytarılmasını təşviq edən 280 milyard dollarlıq çip qanununu imzalayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Evdəki Gül Bağçasında təşkil edilən mərasimdə bəzi ştatların qubernatorları, texnologiya şirkətlərinin rəhbərləri və xüsusi qonaqlar iştirak edib.

“Bu gün imzaladığım “Çip və Elm Aktı” Amerika xalqının ABŞ üçün nəsildə bir dəfə olan investisiya fürsəti kimi fəxr edə biləcəyi bir qanundur. Çip sənayesinin gələcəyi Amerikada istehsal olunacaq”, - Bayden deyib.

Qanunun həm demokratlar, həm də respublikaçılar tərəfindən dəstəkləndiyini və bunun “kritik əhəmiyyətə malik” olduğunu qeyd edən Bayden, “Ölkəmizin gələcəyinə bu qədər nikbin baxmağımın səbəbi sizsiniz. Bilirsiniz, “Çip və Elm Aktı” Amerikada yarımkeçiricilər istehsal etmək səylərimizi gücləndirir. Təkcə bu investisiya 40 min iş yeri yaradacaq” deyib.