Bayden dünyanın möcüzələrinin sayını qarışdırdı

bayden-dunyanin-mocuzelerinin-sayini-qarisdirdi
Oxunma sayı: 2695

ABŞ Prezidenti Co Bayden Ağ Evdə çıxışı zamanı yenə səhvə yol verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Bayden bu dəfə dünyanın möcüzələrinin sayını qarışdırıb.

 “Böyük Kanyon dünyanın doqquz möcüzəsindən biridir, düşünün, heyrətamizdir. ABŞ-nin dünyaca məşhur simvolu”, - deyə ABŞ lideri bildirib.

Qeyd edək ki, Böyük Kanyon dünyanın ən dərin kanyonlarından biridir. Arizona ştatının şimalında yerləşir. Onun uzunluğu 446 km, maksimal dərinliyi isə 1857 metrdir.