Bayden Əfqanıstana yardım üçün göstəriş verdi

Bayden Əfqanıstana yardım üçün göstəriş verdi
Oxunma sayı: 894

ABŞ Prezidenti Co Bayden 1000 nəfərin ölümü və 1500 nəfərin yaralanması ilə nəticələnən zəlzələ fəlakəti yaşayan Əfqanıstana lazımi yardımın göstərilməsi üçün müvafiq qurumlara tapşırıqlar verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Cek Sallivan bu haqda açıqlama verib.

Müşavir açıqlamasında Əfqanıstanda baş verən zəlzələdən çox kədərləndiklərini bildirib.

O, Baydenin bölgədəki hadisələri yaxından izlədiyini ifadə edib:

“Prezident Bayden bölgə xalqına kömək etmək üçün ABŞ-ın yardım variantlarını qiymətləndirməklə ABŞ Beynəlxalq İnkişaf Agentliyinə (USAID) və digər federal qurumlara təlimat verib”.

Qeyd edək ki, 5,9 bal gücündə baş verən zəlzələ 1500 nəfərin ölümünə səbəb olub. Zəlzələnin episentrinin Əfqanıstanın şərqində, Pakistanla sərhəddə yerləşən Xost vilayətindən 46 kilometr cənub-qərbdə olduğu açıqlanıb. Daha əvvəl 6,1 olaraq elan edilən ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin maqnitudasını 5,9 olaraq yeniləyib. Əfqanıstan Dövlət Xəbər Agentliyi şiddətli zəlzələ nəticəsində azı 1500 nəfərin öldüyünü, 2000 nəfərin isə yaralandığını bildirib.