“Baydenin 24 aprel açıqlaması tarixə qara ləkə kimi düşüb”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı partiya iclasına ABŞ Prezidenti Cozef Baydenin qondarma erməni soyqırımı bəyanatını şərh edərkən səsləndirib.
“ABŞ-ın yeni Prezidenti erməni lobbisinin gözünə girmək düşüncəsi ilə qondarma erməni soyqırımını tanıyacağını açıqlayıb. Nəticədə, yalana bərk bürünərək bu lobbilərin oyuncağı olduğunu sübut etdi. Baydenin 24 aprel açıqlaması tarixə qara ləkə kimi düşüb.
Bizim problemimiz ABŞ xalqı ilə deyil. Qondarma erməni soyqırımı bəyanatı türk milləti üçün heç bir hökmə malik deyil və kağız parçasından ibarətdir”,- deyə Baxçalı qeyd edib.
Son xəbərlər
Son Xəbərlər