Bayden əvvəl danladı, sonra üzr istədi

bayden-evvel-danladi-sonra-uzr-istedi
Oxunma sayı: 4070

ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinlə görüşdən sonra Cenevrədə keçirdiyi mətbuat konfransından ayrılarkən israrla Putinlə bağlı sual verən müxbiri danlayıb.

“Qafqazinfo” xəbər verir ki, müxbir “Putinin davranışlarını dəyişdirəcəyinə sizi nə inandırır?” sualı prezidenti əsəbiləşdirib.

“Mənim belə bir zəmanətim yoxdur, nə baş verir, niyə həmişə belə edirsən? Mən nə vaxt belə bir şey dedim. Bu, zəmanət deyil, sadəcə, həqiqəti deyirəm”, - Bayden qışqırıb.

Müxbirin israrla Putinin daha öncə dəyişmədiyini və Baydenin bu şərtlər altında görüşü necə konstruktiv dəyərləndirdiyini söyləyən müxbir dövlət başçısını özündən çıxarıb:

“Əgər bunu anlamırsansa, yanlış işdə işləyirsən”.

Brifinqin ardından ABŞ-a dönmək üçün təyyarəyə minmədən öncə Bayden müxbirdən üzr istəyib:

“Tez əsəbiləşdiyim üçün üzr istəyirəm. Heç pozitiv suallar vermirsiniz”.

“Putin görüşdən sonra mətbuat konfransında tənqid olunduğu şeylərin bir qismini yenə təkrarlayıb”, - müxbir verdiyi sualın doğru olduğunu deyib.

“Buraya etmək üçün gəldiyim şeyi etdim”, - prezident yekunlaşdırıb.