Bayden fevralda Avropaya səfər edə bilər

bayden-fevralda-avropaya-sefer-ede-biler
Oxunma sayı: 1504

ABŞ Prezidenti Co Bayden fevralda Avropaya səfər etməyi düşünür.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “NBC”nin jurnalisti Coş Lederman öz tviter hesabında məlumat verib.

Baydenin Avropaya səfəri Rusiya-Ukrayna müharibəsinin başlamasının ildönümünə təsadüf edə bilər. Eyni zamanda, Amerika liderinin hansı Avropa ölkələrinə səfər etməyi planlaşdırdığı və Ukraynaya səfər edib-etməyəcəyi məlum deyil.