Bayden həmin konfransa qatılmayacaq

bayden-hemin-konfransa-qatilmayacaq
Oxunma sayı: 1661

ABŞ Prezidenti Co Bayden Ukrayna ilə bağlı iyunun 15-də İsveçrədə keçiriləcək konfransa qatılmayacaq.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Onun sözlərinə görə, ABŞ-ni tədbirdə vitse-prezident Kamala Harris və prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan təmsil edəcək.