Bayden Hindistanla aviaəlaqəni dayandırdı

bayden-hindistanla-aviaelaqeni-dayandirdi
Oxunma sayı: 1700

ABŞ Prezidenti Co Bayden Hindistanda koronavirus xəstəliyinə yoluxanların sayının artması fonunda bu ölkə ilə aviaəlaqənin dayandırılması ilə bağlı Fərman imzalayıb.

Bu barədə “Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir.

Qeyd edək ki, Hindistanda son sutkada koronavirusa 360 960 yeni yoluxma halı qeydə alınıb. Bu göstərici dünya rekordu sayılır.