Bayden ilk dəfə təcavüz ittihamları barədə danışdı

bayden-ilk-defe-tecavuz-ittihamlari-barede-danisdi
Oxunma sayı: 1356

ABŞ Demokratik Partiyasından prezidentliyə namizəd Co Bayden keçmiş köməkçisi Tara Ridin cinsi təcavüz ittihamlarını şərh edib.

“Qafqazinfo” “Associated Press” nəşrinə istinadən xəbər verir ki, Bayden Ridin təcavüz barədə dediklərinin yalan olduğunu bildirib.

“Bu heç vaxt baş verməyib”, - deyə Bayden açıqlamasında bildirib.

Nəşrin məlumatına görə, bu, prezidentliyə namizəd Co Baydenin ittihamla bağlı ilk açıqlamasıdır. Siyasətçinin çıxışının tam versiyası “MSNBC” telekanalında yayımlanacaq.

Xatırladaq ki, aprelin ortalarında Co Baydenin keçmiş köməkçisi Tara Rid siyasətçi tərəfindən 30 il əvvəl cinsi təcavüzə məruz qaldığını bildirmişdi.