Bayden İranla problemlərdə hərbi yolu istisna etmir

Bayden İranla problemlərdə hərbi yolu istisna etmir
Oxunma sayı: 3646

ABŞ Prezidenti Co Bayden İranla münasibətlərdəki problemlərin həllində hərbi yolu istisna etmir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ağ Evin adını açıqlanmayan nümayəndəsi deyib.

O qeyd edib ki, hazırda Tehranla danışıqlar Vaşinqton üçün prioritet deyil:

“Bayden İranla nüvə sazişinə qayıtmağa çalışır, lakin bu məsələdə irəliləyişə ümid etmir”.